"Qarabağı azad edən Azərbaycan xüsusi təyinatlıları adaları ələ keçirmək üçün gəldi" - Yunanıstan mediası panika içində sayıqlayır

  • 00:44 - 08 İyun

“Türkiyədə keçirilən “Efes-2022” təlimləri Yunanıstanda böyük narahatlığa səbəb olub”.

Avropa.info xəbər verir ki, bunu Türkiyə ordusunun keçmiş Hərbi Hava Qüvvələri komandanı, general-leytenant Ərdoğan Karakuş “CNN türk”ə açıqlamasında deyib. 

Karakuş bildirib ki, təlimlərdə Azərbaycan, Pakistan, Qazaxıstan, Banqladeş, İtaliya, Liviya və digər dövlətlər iştirak edib. 

"Yunanıstan mediası Azərbaycanın təlimlərdə iştirak etməsini “Qarabağı alan Azərbaycan xüsusi təyinatlıları Yunanıstanı işğal etmək üçün gəldi”, “Türklər adaları işğal edəcək” kimi əsassız fikirlərlə oxucularına çatdırır. Lakin, Yunanıstan beynəlxalq səviyyədə tanınmış müqavilələri pozaraq özü adaları işğal edib", - deyə Ərdoğan Karakuş qeyd edib.


Oxunma sayı: 28029

Oxşar yazılar