Bakıda sinif yoldaşını bıçaqlayan məktəbliyə hökm oxunub

  • 20:20 - 07 İyun

Bakıda sinif yoldaşını bıçaqlamaqda ittiham olunan Nihad Fərhadovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub. 
 
Hökmə əsasən, Nihad Fərhadov 5 il 7 ay azadlıqdan məhrum olunub. 

Xatırladaq ki, bu ilin yanvar ayında Səbail rayonu ərazisində bıçaqlanma hadisəsi olub. Nəticədə 17 yaşlı Cəmil Həsənov xəsarət alıb. C.Həsənova bədən xəsarəti yetirməkdə şübhəli bilinən məktəbli Nihad Fərhadov şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib. 

Onların hər ikisi Bakı şəhəri 162 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi olublar.(apa)


Oxunma sayı: 2443

Oxşar yazılar