Toyda musiqi sifarişinə görə dava düşdü: Ər və arvad bıçaqlandı

  • 13:02 - 06 İyun

İyunun 5-də Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə Samux rayon sakini Namiq Məmmədov, İmişli rayon sakinləri Şəfaət İslamlı və onun həyat yoldaşı R.İslamlının kəsici-deşici alətlə, daxilə keçən müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Bu barədə Avropa.info-ya DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov xəbər verib.

Onun sözlərinə görə, polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən İmişli rayon sakini Rüfət Həsənzadə saxlanılıb: “İlkin araşdırma zamanı müəyyən olunub ki, R.Həsənzadə şəhər ərazisindəki şadlıq saraylarından birində iştirak edən zaman musiqi sifarişinə görə N. Məmmədov ilə mübahisə edib, ona bıçaqla xəsarət yetirən zaman ona mane olmağa çalışan bacı və onun həyat yoldaşına (R. Həsənzadənin) da müxtəlif xəsarət yetirib”.


Oxunma sayı: 4588

Oxşar yazılar