Vatsap yazışmaları necə ələ keçirilir? - VİDEO

  • 22:31 - 31 May

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən vatsap yazışmalarının ələ keçirilməsi xidmətini təklif edən şəxsin ifşa olunması bu tətbiq üzərindən başqasının yazışmalarını ələ keçirməyin mümkün olub-olmamasını aktualaşdırır.

İnformasiya texnologiyaları üzrə ekspert Elçin Məmmədov deyir ki, vatsap-plus proqramı işlədən şəxslərin yazışmalarını əldə etmək mümkündür. Bəs adi vatsap tətbiqindən istifadə edənlərin SMS-lərini izləmək olarmı?

Mütəxəssis hesab edir ki, məsafədən kiminsə telefonuna müdaxilə edib, onun vatsap yazışmalarını əldə etmək mümkün deyil. Proqramın yaradıcıları vatsapda yeni xidmətlər əlavə edərkən bəzi funksiyaların istifadəsini nəzərə almayıb. Belə ki, proqramın veb versiyasının imkanları ilə başqa bir telefonun kodunu sistemə tanıdaraq həmin hesaba giriş etmək mümkündür. Veb versiyadan yalnız kompüterlər üçün istifadə edilsə də, mobil qurğular üçün də bunu tətbiq etmək olar. Xüsusi olaraq məhz bunun üçün hazırlanan bir proqram vasitəsi ilə başqasının vatsap hesabına bir neçə saniyədə daxil olamaq mümkündür. Bəs vatsapı izlənən şəxslər bunu necə müəyyən edə bilərlər?

Mütəxəssis bu suala da aydınlıq gətirib.

Vəkil Anar Ramazanov isə bildirir ki, əməliyyat-axtarış fəaliyyətini həyata keçirməyən şəxsin gizli qaydada başqasının telefonuna müdaxilə edərək vatsap yazışmalarını əldə etməsi cinayət əməlidir. Onun sözlərinə görə, bu hal qanunla tənzimlənir və bunu edənlər istintaqa cəlb olunurlar.

Qeyd edək ki, DTX vatsap yazışmalarını ələ keçirmək istəyənləri aldadan saxta hakeri ifşa edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Oxunma sayı: 12541

Oxşar yazılar