"TEKNOFEST Azərbaycan" Fransa mediasının gündəmində: Havada ildırım sürəti ilə dönən Türk PUA-ları Azərbaycan döyüş təyyarələri ilə birgə... (FOTO)

  • 15:25 - 30 May

Bakıda 4 gün ərzində keçirilən Aviasiya, Kosmos və Texnologiya Festivalı TEKNOFEST dünya mediasının gündəmindədir. 

Avropa.info xəbər verir ki, Fransanın AFP agentliyi minlərlə insanın axın etdiyi festival və Türkiyə PUA-ları haqda ətraflı reportaj hazırlayıb.

Xəbərdə, 2018-ci ildən Türkiyədə keçirilən TEKNOFEST-in Azərbaycanda böyük maraqla qarşılandığı bildirilib. Festivalda Türkiyənin PUA-ları ilə diqqət çəkdiyi vurğulanıb.

"Bayraktar TB2" PUA-larının Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 döyüş təyyarəsi ilə uçuş həyata keçirdiyi bildirilən xəbərdə, "Bayraktar AKINCI" PUA-larına da yer verilib.

 AFP-nin xəbərində "Bayraktar TB2"-lərin azərbaycanlılar tərəfindən böyük alqışlarla qarşılandığı qeyd olunub. 

"Havada ildırım sürəti ilə dönən pilotsuz uçuş aparatları Türkiyənin ciddi iqtisadi addımının göstəricisidir", - deyə xəbərdə bildirilir.

Fransa agentliyinin xəbərində "Baykar" şirkətinin rəhbəri Səlçuk Bayraktarın TEKNOFEST-in başa çatması ilə bağlı düzənlənən tədbirdəki çıxışından bu ifadələrə yer verilib: "TEKNOFEST rüzgarını əziz şəhərlərimiz Bakıda və Şuşada təkrar əsdirəcəyik".

Avropa.info


Oxunma sayı: 13949

Oxşar yazılar