“Teknofest” yalnızca bir festival yox, Azərbaycan və Türkiyə qardaşlığının bir göstəricisi olacaq - Mustafa Varank

  • 21:05 - 26 May

Hər il “Teknofest” festivalının keçirildiyi ərazidə olarkən yaşadığım həyəcanı hal-hazırda Azərbaycanda daha çox yaşayıram.

Trend-in məlumatına görə, bunu Türkiyənin Sənaye və Texnologiya naziri Mustafa Varank “Teknofest” festivalının açılış mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün həm Türkiyə, həm Azərbaycan üçün tarixi an yaşanır.

“İki qardaş ölkə birləşərək texnologiya sahəsində inkişafa yol açır. “Teknofest” festivalının Azərbaycanda texnologiya sahəsində yeni bir inkişaf yolu açacağını ümid edirik. Siyasi cəhətdən tam azad olmanın yolu texnoloji azadlıqdan keçir. Qarabağdakı işğalın, zülmün qarşısında bütün dünyanın necə susqun qaldığını gördük. Bu gün keçirilən festival onlara veriləcək ən gözəl cavabdır. “Teknofest” yalnızca bir festival yox, Azərbaycan və Türkiyə qardaşlığının da bir göstəricisi olacaq”, -deyə nazir bildirib.

Qeyd edək ki, "Teknofest" mayın 29-a qədər davam edəcək.

 

Bakıda “Teknofest” festivalı Türkiyənin Sənaye və Texnologiyalar Nazirliyi, Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) təşkilatçılığı, Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərəfdaşlığı ilə keçirilir. Eyni zamanda Bakıda “Teknofest” in "prodakşn" ofisi fəaliyyət göstərir. Ofisin tam heyəti azərbaycanlı mütəxəssislərdən ibarətdir.

Teknofest” tədbiri Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin və Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.

Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.

Trend İnformasiya Agentliyi, Day.Az, Milli.Az, Azernews, Eastweststream, Today.azTurkic.World "Teknofest 2022" aerokosmik və texnologiya festivalının rəsmi media tərəfdaşlarıdır.


Oxunma sayı: 3840

Oxşar yazılar