İranda hərbi obyektdə qəza baş verib, ölən və yaralanan var

  • 23:35 - 26 May

Tehranın cənub-şərqindəki Parçin bölgəsində Müdafiə Nazirliyinin hərbi tədqiqat obyektlərindən birində qəza baş verib.

Müdafiə Nazirliyinin mühəndisi Ehsan Qadbeygi baş verən qəzada həyatını itirib, daha bir həmkarı biri isə yaralanıb.

Qeyd edək ki, Parçin bölgəsi İranın raket proqramının inkişafı ilə bağlı əsas mərkəzlərdən biridir. İran rəsmiləri bundan əvvəl də bu obyektdə baş verən qəzaların detalları ilə bağlı dəqiq hesabat verməyib.(apa)


Oxunma sayı: 1244

Oxşar yazılar