İstanbulda cinayətkar dəstəyə qarşı əməliyyat: 74 nəfər həbs olundu

  • 11:10 - 26 May

İstanbul Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi il daxilində eyni vaxtda əməliyyat keçirib. Barəsində həbs qətimkan tədbiri seçilən 74 nəfərin tutulması üçün çoxlu sayda ünvana basqın edilib. 

Avropa.info xəbər verir ki, Büyükçekmece Ədliyyəsi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bürosu və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbə Müdirliyinin koordinasiyasında qeyri-qanuni cinayət təşkilatına və bu təşkilatı silahla təmin etdiyi bildirilən qrupa qarşı əməliyyat keçirilib. 

Xüsusi əməliyyat polisinin də dəstəklədiyi əməliyyatda barələrində həbs qərarı çıxarılan 74 nəfərin tutulması üçün bir çox ünvana basqın edilib. 

Basqın edilən ünvanlarda ətraflı axtarış aparılarkən bəzi şübhəlilər saxlanılıb. 

Saxlanılanların mütəşəkkil cinayətkar dəstə yaratmaq və idarə etmək, talama, hədə-qorxu ilə tələb etmə, xəsarət yetirmə, narkotik vasitələrin qanunsuz dövriyyəsi, fahişəliyə məcbur etmə cinayətləri törətdiyi bildirilib. 

Əməliyyatda dəstəyə rəhbərlik etdiyi iddia edilən Erhan U. və Erhan K. da yaxalanıb.


Oxunma sayı: 3565

Oxşar yazılar