Səlim Müslümov ev dustaqlığına BURAXILDI

  • 10:46 - 26 May

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun barəsində həbs qətimkan tədbiri dəyişdirilib.

Avropa.info xəbər verir ki, sabiq nazir ev dustaqlığına buraxılıb.

Səbail rayon məhkəmənin qərarına əsasən, Səlim Müslümovun səhhəti ilə bağlı onun barəsində qətimkan tədbiri dəyişdirilib və ev dustaqlığına buraxılıb.

Xatıladaq ki, sabiq nazirin atası Yanvaq Mülsmüov bir neçə gün əvvəl oğlunun səhhətinin ağırlaşdığını bildirmişdi.

Qeyd edək ki, S.Müslümov barəsində olan korrupsiya əməllərinə görə ötən ilin fevral ayında Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi əməliyyat nəticəsində həbs edilib. 

Xatırladaq ki, sabiq nazir bir neçə gün öncə səhhətində yaranan problemlərə görə Penitensiar Xidmətin müalicə müəssisəsinə yerləşdirilmişdi.


Oxunma sayı: 5006

Oxşar yazılar