“Dağıdılan məzar atamındır” – Deputat bu FOTOLARDAN danışdı

  • 10:18 - 26 May

Ermənistana səfər edən fars mənşəli İngiltərə vətəndaşı olan bloger dünən tvitterdə indiki Zəngəzurun Urud kəndindən fotolar paylaşıb. Kənddə yerləşən və dağıdılmış qəbiristanlıqdan görüntülərin əks olunduğu fotolarda üzərinə "Oğlu Musadan xatirə" yazılmış bir başdaşı diqqət çəkir. Sosial şəbəkələrdə həmin dağıdılan qəbirin -  aşırılan başdaşının Azərbaycan Milli Məclisinin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevin atasına məxsus olduğu qeyd edilib.

Avropa.info xəbər verir ki, bununla bağlı modern.az-a danışan Musa Quliyev məlumatı təsdiqləyib. Komitə sədri bildirib ki, blogerin paylaşdığı şəkillər doğulduğu Urud kəndinin qəbiristanlığında çəkilib, üzərinə "Oğlu Musadan xatirə" yazılmış başdaşı isə mərhum atasının məzarında qoyulmuşdu:

“2006-cı ildə mən Ermənistana getmişdim, kəndimizə baş çəkəndə qəbiristanlığı uzaqdan görmüşdüm. Tamamilə dağıdılmışdı. O zaman mənə qəbiristanlığa girib foto çəkməyə icazə verməmişdilər, onu uzaqdan çəkmişdim. Bu barədə kitabımda da yazmışam. Çox qalmayıb, biz ora qayıdacağıq, qəbiristanlığı da bərpa edəcəyik”.

Musa Quliyev qəbiristanlıqdakı vandalizmlə bağlı Ermənistan hökumətinə heç bir müraciət ünvanlamadığını deyib:  

“Bizə aid hər şeyi dağıdıb, yerlə-yeksan ediblər. Nə saxlayıblar ki, nəyə də baxsınlar? Qəbiristanlıqda bizim kənddə yaşamış bir seyidin məzarı da var idi, üzərində günbəz ucaldılmışdı, onu da dağıtmışdılar. Ermənilər vandal millətdir, guya desək, nə edəcəkdilər. İrəvanda mətbuat konfrasında bunun haqqında danışdıq. Erməni jurnalistin biri bizə qayıdıb dedi ki, bəlkə heç orda qəbir olmayıb?! Düşünün, bir qəbiristanlığı dağıdırlar, üstəlik bu qədər məntiqsiz fikir səsləndirirlər. Belə millətdən nə gözləməliyik?!

Ola bilər, bloger mənim kitabımı oxuyub, hansısa şəkildə qabağına çıxıb, həmin kəndə gedib. Çünki kitabım ingilis və fransız dillərində çap olunmuşdu, siyasilərə paylamışdım.

Dediyim kimi, biz ora qayıdacağıq. Mən çox ümidliyəm. Şərqi Zəngəzura da qayıdacağıq. Oraları bərpa edəcəyik, hətta evlərimizi də geri alacağıq. Cənab prezident də söylədi ki, biz ora gedəcəyik, amma hansı nəqliyyat vasitəsilə getməyi özümüz seçəcəyik”.

Blogerin qəbiristanlıqdan paylaşdığı digər fotoları təqdim edirik: 

 

 

 

 

 

 


Oxunma sayı: 6337

Oxşar yazılar