Ötən gün bağlanan Quba-Xınalıq yolu açıldı

  • 11:13 - 26 May

Ötən gün qaya parçalarının yola düşməsi nəticəsində bağlanan Quba-Xınalıq yolu bərpa olunub.

Avropa.info xəbər verir ki, Quba Rayon İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, hərəkətin bərpa olunması üçün əraziyə cəlb olunan xüsusi texnikaların köməkliyi ilə yolda hərəkət bərpa olunub.

Qeyd edək ki, ötən gün Quba-Xınalıq yolunun 37-ci kilometrliyində Əlik bələdiyyəsinin ərazisinə qaya parçalarının yola uçması nəticəsində Əlik, Haputlu, Cek, Xınalıq, Qalayxudat kəndlərinin rayon mərkəzi ilə əlaqəsi kəsilmişdi.


Oxunma sayı: 1915

Oxşar yazılar