Fransa vətəndaşı kuryerə "kölə" mesajı göndərdi – Məhkəmə cərimələdi

  • 18:13 - 26 May

Fransada məhkəmə onlayn yemək sifarişi şirkətinin kuryerinə “Tələs, kölə” mesajı göndərən istehlakçını cərimələyib. 

Avropa.info bildirir ki, "France Bleu Mayenne News"ın xəbərinə görə, 2021-ci ildə Laval şəhərində məşhur onlayn yemək sifarişi şirkətində kuryer işləyən Qvineya əsilli Yaya Girasi, çatdırmaq üzrə olduğu istehlakçıdan “Tələs, kölə” məzmunlu sifariş mesajı alıb.  

Mesajdan sonra sifarişi ləğv edən Girasi təhqirə görə şikayət edib. 

“İrqçi təhqir” maddəsi ilə təqsirləndirilən istehlakçı mayın 23-də baş tutan məhkəmə iclasına gəlməyib. 

Məhkəmə istehlakçını 1000 avro cərimələyib.


Oxunma sayı: 3796

Oxşar yazılar