Ziyafət görüntüləri üzə çıxdı: Nazirlər Kabinetində içki məclisi və dava – Conson üzr istədi (FOTO)

  • 17:34 - 26 May

Böyük Britaniyada koronavirus məhdudiyyətləri zamanı baş nazirin iqamətgahında verilən ziyafətlərlə bağlı rəsmi hesabat nəhayət nəşr olunub. İngiltərə baş nazirinin ziyafətlərdə çəkilmiş fotoşəkillərinin də yer aldığı hesabatda baş nazirin işçilərinin həddindən artıq içki içdiyi, hətta bəzi məclislərdə dava-dalaş çıxdığı barədə məlumatlar da yer alıb.

Avropa.info bildirir ki, hesabatda Britaniyanın baş naziri Boris Consonun 2020 və 2021-ci illərdəki məhdudiyyətlər zamanı 16 ziyafətdə iştirak etdiyi bildirilib.

Hesabatda yer alan fotolarda Boris Conson işçiləri ilə spirtli içki qəbul edərkən görünür.

37 səhifəlik hesabatda baş nazirin əməkdaşlarının həddindən artıq içki içdiyi, bəzi əməkdaşların isə spirtli içkinin təsiri altında dava etdiyi bildirilib.

Hesabatın dərcindən sonra Böyük Britaniyanın baş naziri Boris Conson bir daha parlamentdən üzr istəyib.

Polis araşdırmasından sonra Boris Conson və həyat yoldaşı da daxil olmaqla ümumilikdə 83 nəfər karantin məhdudiyyətlərini pozduqlarına görə cərimələnib.

İngiltere'de parti fotoğrafları ortaya çıktı - 1

 

İngiltere'de parti fotoğrafları ortaya çıktı - 2

 

İngiltere'de parti fotoğrafları ortaya çıktı - 3

 

İngiltere'de parti fotoğrafları ortaya çıktı - 5

Oxunma sayı: 3972

Oxşar yazılar