Bakıda binada YANĞIN: qadın yanaraq öldü

  • 16:38 - 26 May

Bakıda yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Avropa.info-ya verilən məlumata görə, paytaxtın Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 72 m² olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 12 m² sahədə və 2-ci mərtəbəsində ümumi sahəsi 72 m² olan 3 otaqlı mənzilin 1 otağının tavanı 4 m² sahədə yanıb. Axtarışalr zamanı 61  yaşlı Həsənova Xuraman Feyzulla qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Hər iki mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Oxunma sayı: 2487

Oxşar yazılar