Dağıstanda torpaq üstündə kütləvi dava - VİDEO

  • 16:17 - 26 May

Dağıstanda torpaq münaqişəsi zəminində qonşu kəndlərin sakinləri arasında kütləvi dava olub.

Avropa.info "oxu.az"a istinadən xəbər verir ki, hadisə mayın 25-də Botlix rayon xəstəxanasının həyətində qeydə alınıb.

Davada Ansalta və Raxata kəndlərinin 30-dan çox sakini iştirak edib.

Davaya səbəb ümumi sahəsi 130 hektar olan torpaq sahəsi üstündə yaranan mübahisə olub.

Münaqişə hüquq-mühafizə orqanlarının nümayəndələri tərəfindən nizamlanıb. Bundan sonra rayonun rəhbəri Ruslan Həmzətov dava iştirakçıları ilə maarifləndirici söhbəti aparıb.


Oxunma sayı: 4698

Oxşar yazılar