Bakıda yolu keçən iki qadını və uşaqlarını avtomobil vurdu

  • 15:18 - 26 May

Bakıda yolu keçən iki qadını və uşaqlarını avtomobil vurub.

Hadisə Xətai rayonunda qeydə alınıb.

Belə ki, yolun piyadalar üçün qadağan olunmuş hissəsindən keçən 1993-cü il təvəllüdlü Dünyamalıyeva Adilə Sabir qızı və onun övladı 2020-ci il təvəllüdlü Dünyamalıyeva Banu Turan qızını, 1991-ci il təvəllüdlü Hacıyeva Türkan Qəhrəman qızı və onun övladı 2021-ci il təvəllüdlü Hacıyev Sabir Firuz oğlunu avtomobil vurub.

Yaralılar təcili tibbi yardımın köməyilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı A.Dünyamalıyevaya baş-beyin silkələnməsi və burunun sınığı, T.Hacıyevaya isə sağ almacıq sümüyünün sınığı və baş-beyin silkələnməsi diaqnozu qoyulub.

Xatırladaq ki, A.Dünyamaliyeva və T.Hacıyeva qohumdurlar.

Faktla bağlı araşdırma aparılır.//“Report”


Oxunma sayı: 1035

Oxşar yazılar