BMT Təhlükəsizlik Şurası Şimali Koreyaya görə TƏCİLİ TOPLANIR

  • 14:56 - 26 May

BMT Təhlükəsizlik Şurası Şimali Koreya ilə bağlı iclas keçirəcək.

Avropa.info publika.az-a istinadla xəbər verir ki, bu barədə dünya təşkilatının çərşənbə günü yayılan proqramında deyilir.

Agentliyin ABŞ administrasiyasının rəsmisinə istinadla verdiyi məlumata görə, ABŞ-ın Pxenyana qarşı daha sərt sanksiyaları nəzərdə tutan qətnamə layihəsinə səsvermənin keçirilməsi gözlənilir.

"Seulun" məlumatına görə, Şimali Koreya çərşənbə günü üç ballistik raket atıb.

Cənubi Koreya ordusu bəyan edib ki, onlardan biri qitələrarası, digər ikisi isə qısa mənzilli ballistik raketlər olub.

Ehtimal edilir ki, aha bir qısa mənzilli raketin buraxılması, uğursuzluqla başa çatıb.

Pxenyanın sınaqlarına cavab olaraq Yaponiya dənizinə doğru iki raket buraxılıb - bir Cənubi Koreya və bir Amerika tərəfindən.


Oxunma sayı: 3180

Oxşar yazılar