Bakıda polislər QƏZAYA DÜŞDÜ: yaralılar var - FOTO

  • 14:11 - 26 May

Bakının Nəsimi rayonunda yol qəzası baş verib.

Avropa.info APA-ya istinadən xəbər verir ki, hadisə Səməd Vurğun küçəsi ilə Süleyman Rəhimov küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobilin sürücüsü yüksək sürətlə dördyol ayırıcına daxil olub. Bu zaman Nəsimi Rayon Polis İdarəsinə məxsus post patrul xidmətinin əməkdaşının idarə etdiyi “Fiat” markalı avtomobil ona çırpılıb.

Qəza zamanı iki polis əməkdaşı və "Mercedes"in sürücüsü ağır bədən xəsarətləri alıb.

Hadisə yerinə Yol Patrul Xidmətinin və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Bakıda polislər QƏZAYA DÜŞDÜ:   yaralılar var - FOTO

 

Bakıda polislər QƏZAYA DÜŞDÜ:   yaralılar var - FOTO

 

Bakıda polislər QƏZAYA DÜŞDÜ:   yaralılar var - FOTO

Oxunma sayı: 1035

Oxşar yazılar