Parlamentin daha iki komitəsi Şuşada iclas keçirəcək

  • 13:46 - 26 May

Milli Məclisin komitələri növbəti dəfə Şuşada birgə iclas keçirəcəklər. 

Avropa.info bildirir ki, parlamentin rəhbərliyi tərəfindən tərtib edilmiş qrafikə uyğun olaraq, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi ilə Aqrar siyasət komitəsinin Şuşa şəhərində birgə iclası olacaq. 

Şuşa toplantısının yaz sessiyasının yekunlaşmasından sonraya təsadüf edəcəyi gözlənilir. 

İclasın vaxtı və gündəliyi haqqında yaxın zamanda ictimaiyyətə məlumat veriləcək. 


Oxunma sayı: 4082

Oxşar yazılar