Bayden Azərbaycana yeni səfirin namizədliyini irəli sürdü - FOTO

  • 11:26 - 26 May

ABŞ Prezidenti Co Bayden Azərbaycana səfir namizədini açıqlayıb.

Avropa.info xəbər verir ki, Bayden Mark Libbinin ABŞ-ın Bakıdakı səfiri postuna namizədliyini irəli sürüb.

Qeyd edək ki, ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenbergerin səlahiyyət müddəti bu ilin iyul ayında başa çatacaq.

Nazir-müşaviri rütbəsinə sahib olan Mark Libbi hazırda Vaşinqtondakı Milli Müharibə Kollecində çalışır.

Libbi 2021-ci ilin iyun ayınadək ABŞ-ın Brüsseldə Avropa İttifaqı yanındakı missiyasında müvəqqəti işlər vəkili, missiya rəhbərinin müavini işləyib. O, həmçinin müxtəlif vaxtlarda Varşava, Nassau, Nikosiya və Bağdada siyasi müşavir olub.


Oxunma sayı: 4038

Oxşar yazılar