FHN Gəncədə baş verən partlayışla bağlı məlumat yaydı - YENİLƏNİB - FOTO

  • 10:45 - 26 May

Fövqəladə Hallar Nazirliyi Gəncədə baş verən partlayışla bağlı məlumat yayıb.

Gəncə şəhərində beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 70 m² olan 3 otaqlı mənzildə yanğınla nəticələnən partlayış hadisəsi baş verib.

Nəticədə mənzilin 1 otağının və mətbəxinin yanar konstruksiyaları 32 m² sahədə və binanın çardağı 25 m² sahədə yanıb. Partlayışın zərbə dalğasının təsirindən mənzilin pəncərə çərçivəsi yerindən çıxıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1984-cü il təvəllüdlü Rəhimov Yaşar Ziyad oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

***

Gəncədə yanğın baş verib.

Avropa.info APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 5-ci mikrorayonunda yerləşən binaların birində qeydə alnıb.

Binanı 5-ci mərtəbəsindəki mənzildə anidən yanğın başlayıb.

Dərhal hadisə yerinə FHN-in yanğın söndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Hadisə nəticəsində 1984-cü il təvəllüdlü Rəhimov Yaşar Ziya oğlunun öldüyü bildirilir.
Hadisə beşmərtəbəli binanın sonuncu mərtəbəsində baş verən qaz sızması nəticəsində baş verib.

 

 


Oxunma sayı: 2553

Oxşar yazılar