Avropa İttifaqı Şurasının prezidenti Kremlə xəbərdarlıq etdi

  • 10:00 - 26 May

Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel Kremli dezinformasiya yaymamağa çağırıb.

Avropa.info xəbər verir ki, bu barədə o, "Tvitter"də bildirib.

"Dezinformasiya yaymağı dayandırın! Sanksiyalar deyil, Ukraynadakı müharibəniz daşımaların qarşısını alır və ərzaq təhlükəsizliyini təhlükə altına alır. 20 milyon tondan çox taxıl ixracını sizin minalarınız və müharibəniz bloklayıb. Müharibəni dayandırmalı və qlobal ərzaq təchizatı zəncirlərini bərpa etməliyik", - deyə Mişel vurğulayıb.

Qeyd edək ki, o, paylaşımında Rusiya Prezidentinin rəsmi "Tvitter" səhifəsini işarələyib.


Oxunma sayı: 2674

Oxşar yazılar