Görünməmiş DƏLƏDUZLUQ: 70 minə aeroportda vəzifə, ipoteka ilə ev vədi

  • 00:44 - 26 May

Bakıda ana və oğluna qarşı dələduzluq edən Nurlan Tağızadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Cinayət işi üzrə toplanan materiallar baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib. İş hakim Fərid Əmirəliyevin icraatına verilib.

Əldə etdiyimiz məlumata görə, fiziki şəxs olan Nurlanın əməlindən 2 zərərçəkmiş var. Onlar da Z.Əsgərova və oğlu Fuad Əsgərovdur. İttiham aktına görə, Nurlan Tağızadə Fuadı Hava Limanında yoxlama-nəzarətçi vəzifəsinə “düzəltmək” və onlara ipoteka ilə ev almaq vədi verib. Bu vədlərlə zərərçəkmişlərdən ümumilikdə 70 min manatdan çox pul alıb.

N.Tağızadə Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) maddəsi ilə təqsirli bilinib.

Məhkəmənin hazırlıq iclası yaxın günlərdə baş tutacaq./Lent.az/


Oxunma sayı: 4698

Oxşar yazılar