Zelenskinin ofisi: Qərbdən ərazilərin verilməsi ilə bağlı çağırışlar var

  • 21:45 - 25 May

Ukrayna Prezidenti Vladimir Zelenskinin ofis rəhbərinin müşaviri Mixail Podolyak Qərbdən ərazilərin verilməsi ilə bağlı siqnalların gəldiyini açıqlayıb. 
 

Bu barədə o “Telegram” kanalında yazıb. 

Onun sözlərinə görə, Avropada rusiyayönümlü lobbiçilər yavaş-yavaş başlarını qaldırmağa başlayıblar. 

"Bu gün müəyyən siyasi dairələr bizə atəşkəs, dondurulmuş münaqişə və sülh naminə ərazilərin bir hissəsinin təhvil verilməsi kimi təkliflərlə çıxış edir”, - deyə bildirib. 

O, Ukraynanın bu müzakirədə iştirak etməyəcəyini iddia edir.(apa)


Oxunma sayı: 1343

Oxşar yazılar