"Bu, Azərbaycanın növbəti diplomatik uğurudur" – Partiya sədri Brüssel görüşünü DƏYƏRLƏNDİRDİ

  • 18:36 - 24 May

Brüsseldə Azərbaycan Respublikasının Prezident İlham Əliyev, Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında növbəti – üçüncü görüşü əvvəlki 2 görüşlə müqayisədə daha məhsuldar və uğurlu hesab etmək olub.  

Bu fikirləri Avropa.info-ya Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli Azərbaycan və Ermənistan liderləri arasında Aİ vasitəçiliyi ilə aparılan danışıqların növbəti raundunun nəticələrini şərh edərkən bildirib.

Partiya sədrinin fikrinə görə, Brüsseldə əldə olunan son razılaşmalar daha konkret xarakter daşıyır və artıq icra mərhələsinə keçir. "Belə ki, Azərbaycanla Ermənistan arasında sərhəd məsələləri ilə bağlı sərhəd komissiyalarının birinci birgə iclası yaxın günlərdə baş tutacağı, kommunikasiyaların açılması, Zəngəzur dəhlizinin işə düşməsi məsələləri üzrə prinsiplər barədə razılığa gəlinməsi, habelə sülh müqaviləsinə dair müzakirəni davam etdirmək barədə razılığa gəlinməsi Cənubi Qafqazda sülh prosesinin başlanmasına start verilməsi kimi qiymətləndirilə bilər. Görüşdə Qarabağda yaşayan ermənilərin “statusu” məsələsinin ümumilikdə müzakirə edilməməsi novbəti diplomatik üğürdur", - deyə bildirib.

Q.Əlibəyli hesab edir ki, 3-cü Brüssel görüşündə əldə olunan razılaşmalar geosiyasi baxımdan da Azərbaycan üçün uğurlu hesab edilə bilər. "Bu razılaşmalar regionda Rusiyanın təsir imkanlarını daha da məhdudlaşdırır. Ona görə də Rusiya hər vasitə ilə, xüsusən də Ermənistana təsir rıçaqlarından istifadə etməklə prosesi ən azı ləngitməyə çalışacaq, buna isə heç cür yol vermək olmaz", - deyə partiya sədri fikrini yekunlaşdırıb.


Oxunma sayı: 8086

Oxşar yazılar