"Abdulhəmid Xanı ermənilər, İslam və Türk düşmənləri sevməz" - Baxçəlidən Sultan Abdulhəmidə dil uzadan Meral Akşənərə ağır cavab

  • 14:46 - 25 May

"Kimlər Abdulhəmid Xanı sevmirsə, müalicə edilməmiş quyruq ağrısını kimlər çəkirsə, onlara diqqət edəcəyik."

Avropa.info xəbər verir ki, bunu Türkiyənin Millətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçəli, İyi Partiya sədri Meral Akşənərin Osmanlı Sultanı Abdulhəmid Xanı "irticaçı" adlandırmasına münasibət bildirərkən deyib.

Baxçəli 33 illik hakimiyyəti dövründə imperialist güclərlə mücadilə edən, ağılı, əxlaqı, imanı, zəkası, siyasi məharəti ilə Osmanlını ayaqda tutan Abdulhəmid Xanı irtica ilə birlikdə ananları cahil olmaqla bərabər, milli tarixə yad gözlə baxan səfillər adlandırıb. 

"Kimlər Abdulhəmid Xanı sevmirsə, müalicə edilməmiş quyruq ağrısını kimlər çəkirsə, onlara diqqət edəcəyik. Çünki onlar Qərbin içimizdə yerləşmiş təsir agentləridir, üstəlik, 1900-cü illərin əvvəllərində səhnəyə qoyulan azğın tamaşaların bugünkü vergi yığanlarıdır.

Abdulhəmidi sevməyən güruh bizim də sevmədiklərimizdir, üz çevirdiyimiz müstəmləkə qalıqlarıdır. Abdulhəmidi erməni quldurları sevməz, sionistlər sevməz, müstəmləkəçilər, casuslar, Türk və İslam düşmənləri heç sevmir. Prezidentimiz cənab Tayyib Ərdoğanı günümüzün Abdulhəmidi olaraq görürlərsə, bunun bizə bir zərəri yoxdur, əksinə, qürur duyulası bir tərifini var", - deyə Baxçəli qeyd edib.


Oxunma sayı: 7679

Oxşar yazılar