Quzey Kıbrıs Türk Cümhuriyyətindən rum kəsimində başladılan qazma işlərinə ETİRAZ

  • 13:41 - 25 May

Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Xarici İşlər Nazirliyi Cənubi Kipr Rum Administrasiyasının birtərəfli olaraq elan etdiyi 6-cı lisenziya sahəsindəki təbii qaz axtarış işlərini qınayıb. 

Avropa.info-nun məlumatına görə, bununla bağlı KKTC Xarici İşlər nazirliyi açıqlama yayıb.

Açıqlamada Kıbrıs Rum Adminstarsiyasının birtərəfli fəaliyyəti ilə adanın təbii sərvətləri üzərində Türk xalqının bərabər hüquqlarını pozmağa davam etdiyi və əməkdaşlıq əvəzinə, Şərqi Aralıq dənizi və adada gərginliyi artırdığı qeyd olunur. 

“13 iyul 2019-cu ildə Kipr Rum Administrasiyasına verdiyimiz karbohidrogen əməkdaşlığı və ədalətli paylaşma təklifi hələ də müzakirə mövzusudur. 

Biz Kipr Rum Administrasiyasının əməkdaşlıq təklifimizə müsbət cavab verməsini və birtərəfli fəaliyyətinə ən qısa zamanda son qoymasını gözləyirik. Əks halda, Kıbrıs türk tərəfi əldə etdiyi hüquqlar çərçivəsində 2011-ci ildə müəyyən edilmiş lisenziya sahələrində karbohidrogen tədqiqatlarını qətiyyətlə davam etdirəcək. Bundan heç kim inciməsin. 

Bundan əlavə, Türkiyənin 2020-ci ildə Şərqi Aralıq dənizində bütün əlaqədar tərəflərin, o cümlədən KKTC-nin iştirakı ilə əhatəli konfrans təşkil etmək təklifini dəstəkləməyə davam edəcəyik”, -deyə açıqlamada bildirilir.


Oxunma sayı: 4379

Oxşar yazılar