
"Bayraktar TB2"lərin ixrac edildiyi ölkələrin sayı AÇIQLANDI
- 17:02 - 25 May
"Bayraktar TB2" pilotsuz uçuş aparatlarının ixracı ilə bağlı 24 ölkə ilə saziş imzalanıb.
APA-ya istinadən xəbər verir ki, bunu "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar deyib.
O bildirib ki, hazırda "Bayraktar TB3" silahlı pilotsuz uçuş aparatları üzərində iş aparılır:
"Bu, gəmilərdən uçmağı bacarsa, müharibələrdə yeni dövrə keçid ediləcək", - deyə o bildirib.