Böyük Britaniya Kraliçası Azərbaycan Prezidentini təbrik edib

  • 12:52 - 25 May

Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Avropa.info xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri,

Milli bayramınız – Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına təbriklərimi və xoş arzularımı çatdırıram.

Ümidvarıq ki, qlobal sağlamlıq problemlərini qətiyyət və mətanətlə birgə dəf edərək gələcəkdə daha yaxşı günlər yaşayacağıq".


Oxunma sayı: 3081

Oxşar yazılar