Ermənistanın dağıtdığı şəhərlərin bərpası üçün keçən il 48,9 milyon manat ayrılıb

  • 15:46 - 25 May

Ermənistanın təcavüzü nəticəsində dağıdılan şəhərlərimizin bərpası üçün keçən il Prezidentin Ehtiyat Fondundan 48,9 milyon manat ayrılıb.

Avropa.info bildirir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2021-ci ilin dövlət büdcəsinin icrasının müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, Ermənistanın təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması üçün də 12,2 milyon manat vəsait ayrılıb.


Oxunma sayı: 1464

Oxşar yazılar