Ukraynadakı müharibədən dəhşətli GÖRÜNTÜLƏR: Mariupolda binanın qalıqları altından 200 meyit çıxarıldı – FOTO

  • 15:24 - 25 May

Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibənin üç ay geridə qalıb. Ukrayna hakimiyyəti Mariupol liman şəhərində yaşayış binasının qalıqlarını qazan fəhlələrin zirzəmidə 200 cəsəd tapdığını və xarabalığa çevrilmiş şəhərdə daha çox dəhşətin baş verdiyini, bu şəhərdə müharibənin ən ağır iztirablarının yaşandəğını açıqlayıb. Digər tərəfdən, Rusiyanın separatçıların nəzarətində olan Donbasda hücumlarını gücləndirdiyi bildirilib.

Avropa.info-nun məlumatına görə, Ukrayna rəsmiləri bildiriblər ki, Mariupolda dağıntıları təmizləyən işçilər 200-dən çox cəsəd aşkar ediblər. Liman şəhəri merinin müşaviri Petro Andryuşenko elan edib ki, işçilər cəsədləri Mariupolda uçmuş yaşayış binasının zirzəmisində işləyərkən tapıblar. Andryuşşenko meyitlərin çürüdüyünü və üfunət iyinin bütün məhəlləyə yayıldığını bildirib.

Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, yeni ölümlər Rusiyanın Kiyevin şimalında, Rusiyanın Desna şəhərinə müharibə başlayandan bəri 87 nəfərin həlak olduğu ən qanlı raket zərbələrindən birini həyata keçirməsindən bir həftə sonra baş verib.

Zelenski bildirib ki, Rusiya ordusu fevralın 24-də Ukraynanı işğal etməyə başladığı gündən bəri 2275 ayrı raketlə 1474 raket hücumu həyata keçirib və onların əksəriyyəti mülki hədəfləri vurub. O əlavə edib ki, Rusiya bu müddət ərzində 3000-dən çox hava zərbəsi endirib.

Bununla belə, Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə Ali Komissarlığı Ukraynada indiyədək ümumilikdə 3930 mülki şəxsin öldüyünü, 4500-dən çox insanın isə yaralandığını açıqlayıb. Mülkilərin əksəriyyətinin top atəşləri, raket və hava hücumları nəticəsində öldüyünü bildirən təşkilat, faktiki rəqəmlərin "əhəmiyyətli dərəcədə yüksək" olduğunu açıqlayıb.

"İşğalçılar bizə qarşı çox qəddar müharibə aparırlar", - Zelenski deyib. "Əslində 77 ildir ki, Avropa qitəsində belə müharibə olmayıb. Bu, düşmənin mümkün qədər çox insanı və infrastrukturu məhv etməyə çalışdığı hərtərəfli müharibədir", -deyə o bildirib.

Digər tərəfdən, ukraynalıların və rus əsgərlərinin ölənlərinin dəqiq sayı məlum deyil. Rusiya Müdafiə Nazirliyi martın sonunda döyüşlərdə 1351 əsgərin öldürüldüyünü bildirdiyindən bəri orduda ölənlərlə bağlı yeni məlumat verməyib. BMT-nin Qaçqınlar üzrə Ali Kommisarlığı bildirib ki, Ukraynada davam edən münaqişə hakimiyyət orqanlarına dəqiq proqnozlar verməyə mane olub.

Britaniya Müdafiə Nazirliyi müharibənin ilk üç ayında azı 15 min rus əsgərinin öldüyünü bildirib. Bu rəqəm Əfqanıstanda 9 ildir davam edən münaqişədə həlak olan rus əsgərlərinin sayına bərabərdir.

Səlahiyyətlilərin hesablamalarına görə, müharibə nəticəsində ümumilikdə on minlərlə rus və ukraynalı həlak olub. Ən şiddətli döyüşlərin getdiyi təkcə Mariupolda şəhər meri azı 10 min insanın öldüyünü bildirib. Zelenski həmçinin ötən gün verdiyi açıqlamada Ukraynanın şərqindəki münaqişələrdə hər gün 50-100 əsgərin ölə biləcəyini bildirib.

Zelenskinin proqnozları Rusiyanın Ukraynanın şərqindəki Donbas bölgəsində hərbi əməliyyatlarının intensivliyini artırdığı bir vaxtda gəlib və Zelenski müharibənin dördüncü aya girdiyi bir vaxtda Ukrayna qüvvələrinin Sloviansk və Severodonetsk şəhərlərinə hücum etmək istəyən rus qoşunlarını uzaqlaşdırdığını söyləyib.

Ukrayna'da acılar dinmiyor: Mariupol'deki bir enkazın bodrumundan 200 ceset çıkarıldı - 21

 

Ukrayna'da acılar dinmiyor: Mariupol'deki bir enkazın bodrumundan 200 ceset çıkarıldı - 19

 

Ukrayna'da acılar dinmiyor: Mariupol'deki bir enkazın bodrumundan 200 ceset çıkarıldı - 18

 

Ukrayna'da acılar dinmiyor: Mariupol'deki bir enkazın bodrumundan 200 ceset çıkarıldı - 17

Oxunma sayı: 2564

Oxşar yazılar