Hulusi Akar AÇIQLADI: Türkiyə 5 şəhidinin qisasını aldı – 100-dən çox terrorçu MƏHV EDİLDİ

  • 10:57 - 25 May

Aprelin 18-dən İraqın şimalındakı "Pəncə-Kilid" əməliyyatı zonasında Türkiyə ordusu tərəfindən zərərsizləşdirilən terrorçuların sayı 100-ü ötüb. Sonuncular arasında mağaralardan birində xüsusi təyinatlılar tərəfindən blokadaya alınmış bir qrup silahlı məhv edilib. 

Avropa.info xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar videokonfrans vasitəsilə antiterror əməliyyatında iştirak edən birləşmə komandirlərinin iştirakı ilə keçirilən müşavirənin iştirakçıları qarşısında çıxışı zamanı bildirib.

Ötən gün İraqın şimalında PKK terrorçuları ilə toqquşmada Türkiyə ordusunun 5 hərbçisinin şəhid olduğunu xatırladan Akar, “Bir nəfər də olsun hərbçinin ölümünü cavabsız qoymamışıq və qoymayacağıq” deyib.

Nazir Ankaranın Türkiyə sərhədləri yaxınlığında terror təhlükəsini tamamilə aradan qaldırmaq əzmində olduğunu vurğulayıb.


Oxunma sayı: 7294

Oxşar yazılar