Moskvada COVID-19 amnistiyası elan edildi

  • 13:43 - 25 May

Moskva hakimiyyəti koronavirus məhdudiyyətlərini pozduğuna görə ödənilməmiş cərimələrin yığılmasını dayandıracaq. 

Avropa.info bildirir ki, bu barədə Moskva meri Sergey Sobyaninin bloqunda məlumat verilib. 

Şəhər hökuməti həmçinin sakinlərə, fərdi sahibkarlara və hüquqi şəxslərə artıq ödənilmiş cərimələrə görə kompensasiya ödəyir. 

“Moskvanın icra hakimiyyəti orqanları və onların tabeliyində olan qurumlar tərəfindən tətbiq edilən cərimələr, COVID-19 infeksiyası zamanı evdə təcrid rejiminə əməl edilməməsi istisna olmaqla, bütün koronavirus məhdudiyyətlərinin pozulmasına görə kompensasiya edilməlidir”, – məlumatda deyilir. 

Covid amnistiyası iyunun 1-dən qüvvəyə minir. Hökumət proqramının həcmi 13,6 milyard rubl olaraq qiymətləndirilib.


Oxunma sayı: 3466

Oxşar yazılar