Dünya iqtisadi böhranın astanasında: Avropanın bu ölkəsində fövqəladə vəziyyət elan olundu – FOTO

  • 12:36 - 25 May

Macarıstanın baş naziri Viktor Orban Facebook sosial şəbəkəsində Ukraynadakı vəziyyət fonunda ölkədə fövqəladə vəziyyətin tətbiqi ilə bağlı bəyanat yayıb. 

Avropa.info-nun məlumatına görə, Orban qeyd edib ki, dünya iqtisadi böhranın astanasındadır. O, həmçinin bildirib ki, Ukraynadakı münaqişə Macarıstanın enerji və maliyyə təhlükəsizliyini təhdid edir. 

В Венгрии ввели чрезвычайное положение

Macarıstanın Baş naziri vurğulayıb ki, Macarıstan hökuməti konstitusiyaya uyğun olaraq 2022-ci il mayın 25-dən fövqəladə vəziyyət elan etmək hüququndan istifadə edir. 

Viktor Orban əlavə edib ki, fövqəladə vəziyyətlə bağlı qəbul edilən ilk qərarları sabah açıqlayacaq. 

Macarıstanda hökumət daha əvvəl qeyri-qanuni miqrasiya və COVID-19 ilə mübarizə çərçivəsində fövqəladə vəziyyət elan edib.


Oxunma sayı: 1310

Oxşar yazılar