"Pəncə-Kilid" əməliyyatı bölgəsindən acı xəbər: 5 Türk əsgəri şəhid oldu (FOTO)

  • 20:32 - 24 May

Türkiyənin həyata keçirdiyi "Pəncə -Kilid" əməliyyatı bölgəsində 5 türk əsgəri şəhid olub. 

Avropa.info xəbər verir ki, bu haqda Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı bəyanatda bildirilir. 

Bəyanatda qeyd olunur ki, Türkiyə ordusunun hərbçiləri çavuş Cəlal Tekedereli, çavuş Onur Doğan, leytenantı Əbdülkadir Gülər, çavuş Bican Kapılay və çavuş Hüseyn Çankaya terrorçularla qarşıdurmada şəhid olub.

Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı acıqlamada şəhidlərə rəhmət, ailələrinə və türk millətinə başsağlığı diləkləri çatdırılıb.

Bu arada 5 şəhidin birlikdə çəkdirdikləri foto sosial şəbəkələrdə yayılıb.


Oxunma sayı: 3994

Oxşar yazılar