Aİ Ukraynaya 500 milyon avroluq növbəti hərbi yardımı təsdiqləyib

  • 23:40 - 24 May

Avropa İttifaqı (Aİ) Ukraynaya 500 milyon avro həcmində növbəti hərbi yardımı təsdiqləyib. 

Bu barədə Aİ Şurasının saytında yerləşdirilmiş bəyanatda bildirilib. 

Qeyd olunub ki, üzv ölkələri təmsil edən Aİ Şurası Avropa Sülh Mexanizmi (European Peace Facility) çərçivəsində Ukraynaya növbəti yardımın ayrılması qərarını qəbul edib. Bununla da ittifaqın Ukraynaya hərbi yardımının həcmi 2 milyard avroya çatıb. 

Bəyanatda vurğulanıb ki, Aİ bu yardımla Ukrayna Silahlı Qüvvələrinin ölkənin ərazi bütövlüyü və suverenliyini müdafiə etmək, mülki əhalini Rusiyanın davam edən hərbi təcavüzündən qorumaq imkanlarını və müqavimətini daha da dəstəkləməyə çalışır. 

Əlavə olunub ki, ayrılan vəsaitdən 490 milyon avro öldürücü silahlara, yerdə qalan məbləğ isə qoruyucu geyimlərə, ilk yardım vasitələrinə və yanacağa xərclənəcək.(apa)


Oxunma sayı: 5402

Oxşar yazılar