Azərbaycanda son sutkada koronavirusa 9 nəfər yoluxub

  • 18:41 - 24 May

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 9 yeni yoluxma faktı qeydə alınıb, 7 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avropa.info-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb.

  •  

Azərbaycanda indiyədək ümumilikdə 792 723 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 964 nəfər müalicə olunaraq sağalıb, 9 710 nəfər vəfat edib, aktiv xəstə sayı 49 nəfərdir.

Ölkədə son sutka ərzində 2 793, hazırkı dövrədək isə 6 877 141 test aparılıb.


Oxunma sayı: 925

Oxşar yazılar