Baş katib: “Heç bir NATO ölkəsi Türkiyə qədər terror hücumlarına məruz qalmayıb”
- 19:55 - 24 May
Başqa heç bir NATO ölkəsi Türkiyə qədər terror hücumlarına məruz qalmayıb.
Bunu NATO Baş katibi Yens Stoltenberq Davos İqtisadi Forumunda deyib.
O bildirib ki, Türkiyə NATO-nun vacib müttəfiqidir və İŞİD-ə qarşı mübarizədə açar rol oynayıb.
Baş katib əlavə edib ki, strateji mövqedə yerləşən Türkiyə bütün alyans üçün vacibdir.
Stoltenberq Türkiyənin İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı narahatlıqlarının həll edilməsinin vacibliyini qəbul etdiyini deyib.
“Biz oturmalı və irəliyə doğru bir yol tapmalıyıq”, - Stoltenberq vurğulayıb.(apa)