Şahzadə Məhəmməd bin Salman təcili Türkiyəyə gəlir - Səudiyyə Ərəbistanı "Bayraktar AKINCI" üçün Ankara yolunda...

  • 13:05 - 24 May

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Türkiyəyə səfər edəcək.

Avropa.info xəbər verir ki, Livanın "Tactical Report" agentliyi Məhəmməd bin Salmanın Ankaraya Türkiyədən "Bayraktar AKINCI" PUA almaq üçün gələcəyini iddia edib.

"Səudiyyə Hərbi Sənaye Baş İdarəsinin Türkiyə ilə pilotsuz uçuş aparatlarının tədarükü ilə bağlı danışıqlara başlamaq istədiyi bildirilir. Danışıqların "Bayraktar AKINCI" pilotsuz uçuş aparatının alınması ilə bağlı olacağı gözlənilir", - deyə agentliyin xəbərində qeyd olunub.

Şahzadə Salman və Prezident Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüşdə PUA-ların satışı ilə yanaşı regional məsələlərin də gündəmdə olacağı bildirilir


Oxunma sayı: 8999

Oxşar yazılar