MHP liderindən sərt NATO AÇIQLAMASI: "Lazım gələrsə, çıxarıq"

  • 12:17 - 24 May

"Küçələrində hələ də terrorçuların gəzdiyi bu dövlətlərə necə anlayış göstərə bilərik? İsveç Şimali Avropada separatçı terrorun komanda otağıdır. İkinci Qəndil dağı İsveçdədir. İsveçin NATO-ya daxil olması necə mümkün olacaq? İsveç və Finlandiyanın NATO-ya üzvlüyü əngəl törədəndə Türkiyənin risk vahidi 14 il ərzində artıb. Heç kim Türkiyəni təhdid etməyə cəhd etməməlidir".

Avropa.info xəbər verir ki, bu sözləri MHP sədri Dövlət Baxçalı partiyasının qrup toplantısında çıxışı zamanı deyib. 

MHP lideri bildirib ki, onların NATO-ya üzvlüyü terrora “hə” deməkdir. Türkiyənin “tamam” demədən üzv olması mümkün deyil: "Türkiyə seçimsiz, çarəsiz deyil. Lazım gələrsə, hətta NATO-dan çıxmaq da bir seçim kimi gündəmə gətirilməlidir".

"NATO Baş Katibi İsveç və Finlandiyanın üzvlük müraciətlərinin mümkün qədər tez tamamlanmasını xahiş edib. Birləşmiş Ştatların prezidenti onların üzvlüyünü səbirsizliklə gözləyir. Türkiyənin İsveç və Finlandiyanın üzvlüklə bağlı haqlı etirazları nəzərə alınmayıb. 

Finlandiya prezidenti Türkiyənin narahatlığını müzakirə etməyə hazır olduqlarını bildirib. Çox danışılır, amma nəticə yoxdur. Bu dövlətlərə anlayışı necə göstərə bilərik?" - deyə MHP lideri bildirib.


Oxunma sayı: 4071

Oxşar yazılar