Britaniya Qara dənizə hərbi gəmi konvoyu göndərir – Ukraynaya isə uzaqmənzilli raketlər verir

  • 15:47 - 24 May

Böyük Britaniya öz müttəfiqləri ilə birlikdə Ukrayna taxılını daşıyacaq gəmilərin təhlükəsizliyini təmin etmək üçün Qara dənizə hərbi gəmi konvoyu göndərilməsi prosesini koordinasiya edir.

Avropa.info xəbər verir ki, bu barədə “The Times” nəşri hökumətdəki mənbələrə istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, Litvanın xarici işlər naziri Qbrielyus Landsbergis Odessadan belə bir “müdafiə dəhlizi”nin yaradılmasını Böyük Britaniyalı həmkarı Liz Trassla müzakirə edib.

Plana əsasən “müttəfiqlərin hərbi dəniz qüvvələri həyati vacib məhsulun dünya bazarına çıxarılmasını təmin etmək üçün Odessa limanı ərazisini Rusiya minalarından təmizləyəcək”.
Qəzetin məlumatına əsasən “Rusiyanın dəhlizə təxribat törətmək” cəhdlərinin qarşısını almaq üçün Ukraynada uzamənzilli raketlər yerləşdiriləcək.

Xatırladaq ki, bu günlərdə ABŞ müdafiə naziri Lloyd Ostin taxıl dolu yük gəmilərini qorumaq üçün Ukraynaya “Harpun” uzaqmənzilli raketlərini vermək qərarına görə Danimarkaya təşəkkür etmişdi.

Musavat.com


Oxunma sayı: 1200

Oxşar yazılar