Azərbaycanda külək “TIR”ı aşırdı: Sürücünün qolu amputasiya olundu

  • 15:28 - 24 May

Bakı-Qazax şosesində güclü külək qəzaya səbəb olub.

Avropa.info APA-ya istinadən xəbər verir ki, hadisə Bakı Dairəvi yolunda qeydə alınıb.

Belə ki, İran İslam Respublikasının vətəndaşı 1983-cü il təvəllüdlü Cəbrayıl Cavanşir Musa oğlunun idarə etdiyi MAN markalı yük avtomobili hərəkətdə olarkən güclü külək səbəbindən aşıb.

Sürücü qolundan ağır xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. Həkimlər cərrahi əməliyyat zamanı Cavanşir Cəbrayılın qolunu amputasiya edib.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları araşdırma aparır.


Oxunma sayı: 2322

Oxşar yazılar