On beş ildən sonra ilk dəfə: Çavuşoğlu İsrailə səfər edəcək

  • 10:26 - 24 May

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə-Fələstin Müştərək Komitəsinin iclasına sədrlik etmək üçün bu gün Fələstinə gedəcək. Çavuşoğlu İsraildə də danışıqlar aparacaq. 

Avropa.info xəbər verir ki, Çavuşoğlu Türkiyə və Fələstin xarici işlər nazirlərinin sədrliyi ilə 2010-cu ildə yaradılmış Müştərək Komitənin ikinci iclasına sədrlik etmək üçün bu gün Fələstinə səfər edəcək. 

Mövlud Çavuşoğlu Fələstində də ikitərəfli görüşlər keçirəcək. Həmkarı Riyad Malki ilə görüşəcək Mövlud Çavuşoğlunun Fələstin dövlət başçısı Mahmud Abbas tərəfindən də qəbul ediləcəyi gözlənilir. 

Bundan başqa həmin gün Çavuşoğlu 15 ildən sonra İsrailə səfər edəcək və xarici işlər naziri Yair Lapid ilə danışıqlar aparacaq.

Görüşlərdə Türkiyə-İsrail münasibətləri, regional və beynəlxalq məsələlər müzakirə olunacaq. 

Çavuşoğlu Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan ilə də telefon danışığı aparıb. Danışıqlarda ikitərəfli əlaqələr müzakirə olunub.


Oxunma sayı: 2080

Oxşar yazılar