Henri Kissincerdən ABŞ-Çin dəyərləndirməsi: Qlobal sülh üçün...

  • 12:40 - 24 May

ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer bildirib ki, dünyanın iki ən böyük iqtisadiyyatı ABŞ və Çin qlobal sülh naminə birbaşa qarşıdurmaya getməməlidir. 

Avropa.info-nun məlumatına görə, Davosda keçirilən Dünya İqtisadi Forumunda (WEF) çıxış edən 98 yaşlı Kissincer deyib ki, Vaşinqton və Pekin gərgin diplomatik münasibətlərin mərkəzinə Tayvanı qoymamalıdır. 

"Birləşmiş Ştatlar tədricən proses vasitəsilə iki çinli həll yolu işləməməlidir. Çin indiyə qədər göstərdiyi səbr nümayiş etdirməyə davam edəcək", - Kissincer əlavə edib. 

Kissincer daha sonra deyib: "ABŞ Çinlə birbaşa qarşıdurmadan qaçmalıdır. Tayvan Çin və ABŞ arasında danışıqların mərkəzində olmamalıdır". 

ABŞ və Çini razılaşa biləcəkləri mövzulara diqqət yetirməyə çağıran Kissincer, "ABŞ və Çinin düşmənçilik münasibətlərini yumşaltması dünya sülhü üçün vacibdir" deyib. 

Qeyd edək ki, Henri Kissincer 1969-1975-ci illərdə prezidentin təhlükəsizlik üzrə müşaviri və 1973-1977-ci illərdə prezidentlər Cerard Ford və Riçard Niksonun dövründə dövlət katibi vəzifələrində çalışıb. 

Bir müddət əvvəl ABŞ prezidenti Co Bayden Çinin adaya müdaxilə edəcəyi təqdirdə ABŞ-ın Tayvanı müdafiə etməyə hazır olduğunu bildirib.


Oxunma sayı: 3312

Oxşar yazılar