İranda 10 mərtəbəli bina uçdu: 4 ölü, 25 yaralı – FOTO

  • 11:28 - 24 May

İranın cənub-qərbində Xuzistan əyalətində 10 mərtəbəli binanın uçması nəticəsində azı 4 nəfər ölüb, 25 nəfər yaralanıb. 

Avropa.info bildirir ki, bu barədə İranın İSNA xəbər agentliyinə ölkənin Fövqəladə Hallar İdarəsinin nümayəndəsi Müctəba Xalidi məlumat verib. 

Söhbət Abadan şəhərinin Telenji Emiri məhəlləsində tikilməkdə olan “Abadan Metropol” biznes mərkəzindən gedir.

Onun sözlərinə görə, hadisə yerində axtarış-xilasetmə işləri davam edir. Dağıntılar altında 80 nəfərin olduğu ehtimal edilir. 

Binanın sahibi və podratçısı saxlanılıb.


Oxunma sayı: 1475

Oxşar yazılar