"Putinlə yalnız müharibəni bitirmək üçün görüşərəm, onunla danışacaq başqa bir mövzu yoxdur" - Zelenski

  • 01:11 - 24 May

Ukrayna prezidenti Vladimir Zelenski müharibənin dayandırılması məsələsini həll etmək üçün Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə görüşməyə hazırdır.

Avropa.info xəbər verir ki, Zelenski bunu Davosda Ukrayna Evində sual-cavab formatında çıxışı zamanı deyib.

"Rusiyada elə bir qərar qəbuletmə strukturu var ki, onsuz heç bir qərar qəbul edilmir. Və biz bunu aydın şəkildə bilməliyik. Onların bütün institutlarını bir qərar birləşdirir - Rusiya Federasiyası Prezidentinin qərarı. Söhbət müharibəni bitirmək üçün konkret qərardan gedirsə, onda bu qərar onsuz qəbul olunmayacaq. 

Ona görə də Rusiya Federasiyasının prezidenti ilə görüş olmadan mümkün olmayacaq. Və onların etdiklərindən sonra, əlbəttə ki, siz başa düşürsünüz ki, bu görüşlə bağlı böyük arzularım yoxdur. Ona görə də mən Rusiya Federasiyasının prezidentindən başqa heç kimlə, heç bir görüşü qəbul etmirəm. Bu şərtlə ki, masada yalnız bir sual olsun, müharibəni bitirmək. Danışacaq başqa bir şey yoxdur", - deyə Zelenski vurğulayıb.


Oxunma sayı: 6271

Oxşar yazılar