Ərdoğan Suriyanın şimalında PKK/YPG-yə qarşı yeni antiterror əməliyyatının ANONSUNU VERDİ: "əməliyyatlara başlayacağıq..."

  • 00:48 - 24 May

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin cənub sərhədləri yaxınlığında, Suriyanın şimalında PKK/YPG terror təşkilatına qarşı başladılacaq yeni əməliyyatın anonsunu edib.

Avropa.info xəbər verir ki, Ərdoğan Suriyanın şimalında 30 kilometr dərinlikdə terrordan təmizlənmiş bölgə qurmaq üçün yeni əməliyyatın başladılacağını deyib.

"Cənub sərhədlərimiz boyunca 30 kilometr dərinlikdə təhlükəsiz zonalar qurmaq üçün başladığımız işlərin əksik qalan hissələri ilə bağlı tezliklə yeni addımlar atmağa başlayırıq. Ölkəmizə qarşı tez-tez hücumların mərkəzi olan ərazilər əməliyyat prioritetimizin başındadır. Türk Silahlı Qüvvələrimiz, kəşfiyyatımız, təhlükəsizlik qüvvələrimiz hazırlıqlarını tamamladıqdan sonra bu əməliyyatlar başlayacaq. Cümə axşamı keçiriləcək Milli Təhlükəsizlik Şurasının iclasında hərtərəfli şəkildə bunu çalışacağıq və məsələləri dəyərləndirib qərarlarımızı qəbul edəcəyik. Biz də lazımi danışıqları aparıb prosesin sağlam şəkildə davam etməsini təmin edəcəyik", - deyə Ərdoğan qeyd edib.


Oxunma sayı: 4566

Oxşar yazılar