"Artıq mənim üçün Miçotakis deyə biri yoxdur" - Ərdoğan "Türkiyəyə F-16-lar verməyin" deyən Yunanıstanı "yıxdı-sürüdü"

  • 22:43 - 23 May

"Artıq mənim üçün Miçotakis deyə biri yoxdur. Biz şəxsiyyətli, şərəfli siyasətçilərlə yola gedərik. Bundan sonrasını Miçotakis düşünsün. ABŞ hər halda onun ağzına baxıb qərar verməyəcək."

Avropa.info xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstan baş naziri Miçotakisin ABŞ Konqresində "Türkiyəyə F-16-lar verməyin" açıqlamasına münasibət bildirərkən deyib.

"Səlcuqlulardan Osmanlıya, oradan da Cümhuriyyətə miras qalan Anadoluda bizə miras qalanı qoruyub saxlamaq üçün dəyişən şərtləri yaxşı oxumalıyıq. Aradan keçən əsrlərə, baş verən bütün hadisələrə baxmayaraq, bu torpaqların bizim ixtiyarımızda olmasını həzm edə bilməyənlərin hələ də olduğunu biz yox, ətrafımızda olanlar daim xatırladırlar.

Zamanında Yunanıstan və Fransanın NATO-ya qayıdışına Türkiyə dəstəyini vermişdi. Nə oldu? Bu Yunanıstan indi bizimlə necə uyğunlaşır? FETÖ terror təşkilatının Avropaya gedən yolu hazırda Yunanıstan deyilmi? Terror təşkilatlarını qidalandıran Yunanıstan deyilmi? Hazırda Yunanıstanda 10-a yaxın baza var. Yunanıstan bu bazalarla kimi təhdid edir? Bu bazalar niyə Yunanıstanda qurulub?

İndi Yunanıstan ABŞ-a F-16-ları Türkiyəyə verməməyi tövsiyə edir. Artıq mənim üçün Mitsotakis deyə biri yoxdur. Biz şəxsiyyətli, şərəfli siyasətçilərlə yola gedərik. Qoy Miçotakis gələcək haqqında düşünsün. Kiminlə görüşəcəksə, kiminlə baza quracaqsa, qursun. ABŞ yəqin ki, Mitsotakisin ağzına baxıb F-16-larla bağlı qərar verməyəcək", - deyə Ərdoğan qeyd edib.


Oxunma sayı: 33353

Oxşar yazılar