Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə komissiya yaradıldı – SƏRƏNCAM

  • 19:20 - 23 May

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyanın yaradılması ilə bağlı sərəncam imzalayıb.

Avropa.info xəbər verir ki, delimitasiyası üzrə Dövlət Komissiyası (bundan sonra – Dövlət Komissiyası) aşağıdakı tərkibdə oalcaq.

Komissiyanın sədri

Şahin Mustafayev – Azərbaycan Respublikası Baş nazirinin müavini

Komissiyanın üzvləri

Naxçıvan Muxtar Respublikasının Baş nazirinin müavini
Xarici işlər nazirinin müavini
Daxili işlər nazirinin müavini
Ekologiya və təbii sərvətlər nazirinin müavini
Ədliyyə nazirinin müavini
Kənd təsərrüfatı nazirinin müavini
Müdafiə nazirinin müavini
Dövlət Təhlükəsizliyi Xidməti rəisinin birinci müavini
Dövlət Sərhəd Xidməti rəisinin müavini
Xarici Kəşfiyyat Xidməti rəisinin müavini
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin sektor müdiri
Qazax Rayon İcra Hakimiyyətinin başçısı
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı
Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı
Laçın Rayon İcra Hakimiyyətinin başçısı
Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı
Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı.

Nazirlər Kabinetinə Dövlət Komissiyasının Katibliyinin və aidiyyəti dövlət orqanlarının (qurumlarının) mütəxəssislərindən ibarət müntəzəm fəaliyyət göstərəcək ekspert qrupunun yaradılmasını təmin etmək tapşırılıb.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.


Oxunma sayı: 5611

Oxşar yazılar