Stokholm: Türkiyə ilə NATO danışıqları bir qədər vaxt aparacaq

  • 17:22 - 23 May

İsveç Skandinaviya ölkəsinin NATO-ya daxil olması ilə bağlı Türkiyə ilə dialoqu davam etdirir, danışıqlar bir az vaxt aparacaq. 

Avropa.info xəbər verir ki, bu barədə TT rəsmi xəbər agentliyinə İsveçin baş naziri Maqdalena Andersson məlumat verib. 

İsveç hökumətinin başçısı bildirib ki, həftəsonu prezident Rəcəb Tayyib Ərdoğanla konstruktiv danışıqlar aparıb. 

Andersson, "İsveç və Finlandiya Ankara ilə ikitərəfli və üçtərəfli danışıqları davam etdirəcək, bu, müəyyən vaxt apara bilər" deyib. 

Baş nazir Ankara ilə danışıqların davam etdirilməsini səbirsizliklə gözlədiyini bildirib. 

İsveç hökumətinin başçısı xatırladıb ki, Stokholm PKK-nı terror təşkilatları siyahısına ilk daxil edənlər sırasındadır.


Oxunma sayı: 3004

Oxşar yazılar